Zəmanət şərtləri
StarHome brendinin məhsulları üçün tətbiq edilən əsas tələblər
Bu sənəd bütün məişət elektronikası kateqoriyalarına şamil olunur və alıcının hüquqlarını qorumaq məqsədi daşıyır.
Zəmanət haqqında ümumi məlumat
- StarHome.az saytında satılan bütün məhsullar 1 il rəsmi zəmanət ilə təqdim olunur.
- Zəmanət xidməti “Baku Service Company” rəsmi servis mərkəzi tərəfindən həyata keçirilir.
- Zəmanət yalnız istehsal (zavod) qüsurlarını əhatə edir və məhsulun pulsuz təmiri ilə təmin olunur.
14 günlük yoxlama müddəti
Müştəri məhsulu aldıqdan sonra 14 gün ərzində istehsal qüsurunun olub-olmamasını sərbəst şəkildə yoxlaya bilər. Bu müddət ərzində məhsulun qablaşdırması, komplekt hissələri, zahiri görünüşü və satış qəbzi saxlanılmalıdır.
Zəmanətə daxil olmayan hallar
- Mexaniki zədələnmələr və ya məhsulun korpusuna edilən müdaxilələr.
- Maye və ya nəmliklə təmas nəticəsində yaranan nasazlıqlar.
- Qaydalara uyğun olmayan istifadə, yanlış quraşdırma və ya nasaz elektrik şəbəkəsi səbəbindən yaranan problemlər.