Geri qaytarma şərtləri
14 gün ərzində rahat dəyişdirmə və ya pulun geri qaytarılması
Məhsuldan məmnun qalmadıqda geri qaytarma prosesini sizin üçün sadə və şəffaf etdik.
Geri qaytarma müddəti
Müştəri məhsulu aldığı tarixdən etibarən 14 gün ərzində geri qaytara və ya dəyişdirə bilər.
Qaytarma üçün əsas şərtlər
- Məhsul istifadə edilməmiş olmalı, zahiri görünüşü və komplekt hissələri qorunmalıdır.
- Qablaşdırma və satış qəbzi saxlanılmalıdır.
Qaytarma üsulları
- Mağazada birbaşa təhvil.
- Kuryer vasitəsilə geri qaytarma (bu halda nəqliyyat xərcləri müştərinin hesabına olur).
Müştərinin seçimi
Müştəri pulun tam qaytarılmasını və ya məhsulun dəyişdirilməsini seçə bilər. Dəyişdirilən məhsulun qiyməti fərqlidirsə, fərq müştəri tərəfindən ödənilir və ya müştəriyə geri qaytarılır.